Gədəbəydə yaşlı qadının meyiti aşkarlanıb. 

Unikal.org xəbər verir ki, Gədəbəy rayon Polis şöbəsindən apa-ya verilən məlumata görə, rayonun Qasımlı kənd sakini 1945-ci il təvəllüdlü Məmmədova Səmayə Məhəmməd qızının meyiti yaşadığı evin həyətində aşkarlanıb. Müayinə zamanı qadının bədənində xəsarətlərin olduğu müəyyən edilib.

Onun qətlə yetirildiyi ehtimal edilir. Məlumata görə, qadın evdə tək yaşayırmış.