Arda Turan dostu üçün striptiz klubunu bağlatdırıb.

Unikal.org-un məlumatına görə, Arda Turan dostunun toyu üçün dekabrın 23-də Parisə gedəcək. Türkiyəli futbolçu Erman Adəmoğlu üçün subaylığa vida gecəsi keçirməyi planlaşdırıb. O, bunun üçün Parisin gecə həyatı ilə məşhur küçəsində striptiz klubunu bağlatdırıb.

Qeyd edək ki, Erman Adəmoğlu futbolçunun bir neçə ay əvvəl ayrıldığı Aslı Doğanın da yaxın dostudur və toyda onun da iştirakı gözlənilir.