Bağ evlərindən oğurluq edilməsi barədə məlumatlar Xəzər Rayon Polis İdarəsinə zərərçəkmişlərdən daxil olub.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində, eyni əmələ görə əvvəllər də məhkumluq həyatı yaşayan 34 yaşlı Baba Şabanov saxlanılıb.

Narkotik vasitə istifadəçisi olan şəxs, oğurluğa narkotikə olan tələbatını ödəmək üçün əl atdığını bildirib.

Bu günə qədər 10-a yaxın bağ evini qarət edən Baba istintaqa cəlb olunarkən etdiyi əmələ bütün dələduzlar kimi şeytanı lənətləməklə don geyindirib: "Bilmirəm. Eləmişəm də. Allah şeytana lənət eləsin. Olub. Bilmirəm. Eləmişəm, "vsyo"".

Aşkar olunan faktlarla əlaqədar Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsində başladılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.