Əməkdar artisti, "Natiq ritm qrupu"nun rəhbəri Natiq Şirinov qəza törədib.
Unikal.org primetime.az-a istinadən xəbər verir ki, hadisə bir neçə dəqiqə bundan əvvəl, Nobel prospektində baş verib.
Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib. Qrup rəhbəri isə qəzadan xəsarətsiz xilas ola bilib.