Məşhur türkiyəli müğənni Hadisə Bakıya gəlib.

Unikal.org xəbər verir ki, ifaçı bu haqda özü məlumat yayıb. O, qeyd edib ki, gəlişi sabah baş tutacaq konsertlə bağlıdır:

"Bakı konsertimiz üçün məşqimizi etdik. Sabah Bakı Olimpiya Stadionunda birlikdəyik.

Qeyd edək ki, sabah Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçiriləcək konsertə müğənnilər Demet Akalın ilə Murat Dalkılıçın da qatılacağı gözlənilir.

Hadisə Bakıdadır -  Foto
Hadisə Bakıdadır -  Foto