Bakıda 2 ədəd "SUPERMAZ" markalı yük avtomobili yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda vətəndaşa məxsus 2 ədəd "SUPERMAZ" markalı yük avtomobillərinin kabinə və mühərrik hissələri yanıb.

Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.