Xaçmazda intihar hadisəsi baş verib. 
Unikal.org xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Mürşüdoba kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Namiq Hüseynov yaşadığı evin həyətindəki yarımçıq tikilidə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.