Mingəçevir İH başçısının xidməti maşınının Bakıda - Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən yoldakı görüntüsünə dair "Reportyor" saytının yaydığı şəkil və materialla bağlı yeni təfərrüat var. 
Xatırladaq kİ, dünən icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdir müavini Sahib Əliyev musavat.com-a açıqlamasında bildirmişdi ki, həmin fotodakı kadrlar saxtadır, həqiqəti əks etdirmir:
"Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən avtomobil həqiqətən də bizim xidməti maşındır. Digər fotoda olan avtomobil isə quraşdırmadır, saxtadır. Onun bizə heç bir aidiyyəti yoxdur. Üstəlik, fotoya baxanda hiss edilir ki, yay aylarında çəkilib. Pəncərələr açıqdır, hava da günəşlidir".
Unikal.org musavat.com-a istinadən bildirir ki, bu gün qalmaqalda iştirakçı olan tərəflərdən biri - "Reportyor" saytı məsələ ilə bağlı yeni yazı dərc edib. Yazıda bildirilir: "Fotoların saxta, yaxud montaj olub-olmamasını sübut etmək üçün ekspertizaya müraciət etməyə hazırıq. Şantaj məsələsinə gəlincə, arqument olmayanda məmurların özünümüdafiə üçün istifadə etdikləri ənənəvi sözdür. Biz Mingəçevir icra başçısını şəxsən tanımırıq. Foto Bakıda çəklib. "Yeni Müsavat"dan qabaq Sahib Əliyevlə biz əlaqə saxlamışıq. Cavabı o olub ki, nahaq belə şey yazılıb, sürücünün evində qalmaqal düşüb, sizi axtarır və sair.
"Sizi axtarır" təhdid mənasındadır.  Bizim kimiləsə şəxsi qərəzimiz yoxdur".