Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında ölkə başçısı İlham Əliyev sərəncam verib.

Unikal.org xəbər verir ki, sərəncamda bildirilir ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabına yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Əliyeva Zərrin Tahir qızı - Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi

İbrahimov Murad Aydın oğlu- Bakı şəhər Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Hacıyev Mahir Yaqub oğlu- Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Məmmədov Elçin Nəriman oğlu- Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi.