Əkiz bacılar Sevil və Sevinc bacıları müğənni Xumar Qədimovaya təşəkkür ediblər.
Unikal.org BiG.AZ-a istinadən xəbər verir ki, ifaçılar bildiriblər ki, hələ ilk addımlarını atanda X. Qədimova onlara dəstək çıxanlardan olub. Sevinc maraqlı bir hadisəni xatırlayıb:
"Deməli bir məclisə qonaq idik. Toy yiyəsi Xumar xanıma bahalı zinət əşyası hədiyyə etdi. Xumar xanım hədiyyəni qəbul etmədi, dedi ki, bu qızlarımıza da eyni hədiyyədən versəniz o zaman sizin hədiyyəni götürə bilərəm. Üstündən yarım saat keçdi və bizə çox bahalı üzük hədiyyə olundu. Sevindik".