Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Unikal.org-un DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 01 radələrində Nərimanov rayonunun Ziya Bünyadov prospektində qeydə alınıb.

Masallı rayon sakini Ceyhun Əliyev idarə etdiyi "VAZ-2106 markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Oqtay Gülmalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.