Bakıda Ruhi-Əsəb Dispanserdə müalicə alan qadın müəmmalı şəkildə ölüb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində baş verib.

Belə ki, dispanserdə müalicə olunan 52 yaşlı Tatyana Dmitriy yatağında ölü aşkarlanıb. T.Dmitriyinin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.