Türkiyədə qəribə olay baş verib.

Unikal.org xəbər verir ki, sakinlər yola tökülən maddənin asfaltı əritdiyinin şahidi olublar və bununla bağlı polisə məlumat verilib.

Polis hadisə yerinə aidiyyatı qurumları dəvət edib. Bolu bələdiyyəsi yolu bağlayaraq maddəni test üçün laboratoriyaya göndərib. Radioaktiv testlər edildikdən sonra məlum olub ki, həmin maddənin insan sağlamlığına zərərli olmadığı meydana çıxıb.