Qambiyadan olan 22 yaşlı qaçqın smartfonlarıyla onu çəkən turistlərin qarşısında Böyük kanalda boğulub.

Unikal.org Independent nəşrinə istinadən xəbər verir ki, hadisəylə bağlı cinayət işi açılıb. Qambiyalı Patex Saballi kanalda üzməyə çalışarkən turistlər ona baxaraq, irqçi təhqirlər yağdıraraq gülüblər. Videonu çəkən şəxs "Get,evinə yola düş! deyə qışqırıb.

Suya 3 xilasedici dairə atılsa da, Saballi onların heç birinə üzüb çata bilməyib. Onu müşahidə edən şəxslərdən heç biri suya tullanaraq, onu xilas etməyə çalışmayıb. Nəticədə o, boğularaq ölüb.