Heç vaxt banklardan kredit götürməyən Göyçay sakini Ceyhun Yusif oğlu Mirzeyevin yaxın günlərdə adına 08.07.2014-cü il tarixdə 3754 ABŞ dolları kredit götürülməsi və onun bu məsələdən xəbərsiz olması ilə bağlı məlumat vermişdik.

Bu barədə Unikal.org-a hüquq müdafiəçisi Taleh Xasməmmədov açıqlama verərək banka son ödənişin 08.09.2015-ci il tarixdə olduğunu və bu vaxta qədər gecikmə ilə bağlı bir dəfə də olsun Ceyhun Mirzəyevə nə zəng, nə də hər hansı xəbərdarlıq gəldiyini demişdi. Bankın adı da məxfi saxlanılırdı.

Unikal.org-un araşdırmasından sonra məlum oldu ki, vətəndaşa qarşı dələduzluq etmək istəyən maliyyə qurumu  "Dəmirbank" ASC-nin Göyçay filialı olub.

Belə ki, məsələ ictimailəşəndən sonra Ceyhun Mirzəyev banka dəvət olunaraq, ona bu məsələnin texniki səhv olduğu bildirilib. Eyni zamanda onun sorğusuna rəsmi olaraq ""Dəmirbank" ASC-yə hər hansı bir kredit borcunuz yoxdur-deyə cavab verilib.

Məsələyə "Dəmirbank"dan münasibət öyrənməyə çalışdıq. Günün müxtəlif saatlarında bir neçə dəfə bankla əlaqə saxlamağımıza baxmayaraq, telefona cavab verən xanım əməkdaşı işçilərin iclasda olduğunu bildirdi.

Həsən Babayev