Bu gün aparıcı Zaur Nəbioğlu şəxsi "Instagram" hesabından etdiyi bir paylaşım xeyli diqqət çəkib. 

Unikal.org xəbər verir ki, aparıcı xalq artisti Rasim Balayevlə fotosunu paylaşaraq bunları qeyd edib:

"Bir saat bundan öncə bir klinikaya getmişdim. 4-5 nəfər girişdə ayaqlarına tibbi baxıl geyinirdilər. Mühafizəçi məni tanıdı deyə - "buyurun, siz keçin Zaur, baxıla ehtiyac yoxdur" dedi. Mən isə öz növbəmdə təşəkkür edib, qeydiyyat bölməsinə yaxınlaşdım. Birdən mühafizəçinin hansısa bir ağsaqqala "Baxılsız olmaz!" dediyini eşitdim. Dönüb gördüm ki, böyük sənətkarımız Rasim Balayev baxıl götürüb nəinki geyinmək, heç baxılı belə aça bilmirdi. Sənətkarımıza yaxınlaşıb, ona kömək etdim. Birini də öz ayağıma geyinib, sonra içəri daxil oldum. Klinikada işlərimiz görəndən sonra həyətə çıxıb qarlı havada 20 dəqiqəyə yaxın söhbət elədik. Böyük sənətkar kiçik bir vaxt ərzində mənə çox şeyləri izah etdi. Sənətkarımız Allah sizin canınızı sağ eləsin. Hər birinizdən xahiş edirəm, gəlin dəyərə layiq olan insanlara dəyər verək. Sağlığında qiymət verək insanlara".