Xəbər verdiyimiz kimi, sosial şəbəkə istifadəçiləri Bakı-Sumqayıt yolunda hərəkətin məhdudlaşdırıldığını və yolda uzun tıxaclar yarandığını yazır.

Unikal.org xəbər verir ki,"Azəravtoyol ASC-nin mətbuat katibi Anar Nəcəfli yoldakı son vəziyyəti göstərmək üçün maraqlı addım atıb. O, sosial şəbəkə vasitəsi ilə şossedən canlı yayım verərək yolda heç bir problemin olmadığını vurğulayıb.