Bakıda oğul atasını yandıraraq öldürüb.

Unikal.org-un xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 31 yaşlı İlyas Mehdiyev 1936-cı il təvəllüdlü İmdad Mehdiyevin üzərinə benzin tökərək onu və yaşadığı evi yandırıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.