Rəqqasə Fatimə Fətəliyeva xınayaxdı biznesindən danışıb.

Unikal.org musavat.com-a istinadən bildirir ki, jurnalistlərin suallarına cavab verən rəqqasə sözügedən sahədə durğunluq olduğunu deyib: "Komandam ilə gözəl məclislər təşkil edirik. Lakin devalvasiyadan sonra yaranan durğunluq hələ də davam edir. Xına məclisi keçirənlərin sayı kəskin azalıb. Bəziləri düşünə bilər ki, Fatimə "ağlayır". Amma reallıq budur".

Fətəliyeva qızı Aydanın ailə qurmasını istədiyini də dilə gətirib: "Qızımın 21 yaşı var, onu ərə verməyə hazırlaşıram. Allah qoysa, toyuna bütün medianı dəvət edəcəyəm. Onu ətrafdakı bütün pisliklərdən qorumuşam, Beynəlxalq Əlaqələr fakültəsində təhsil alır. Seçdiyim məsləhət gördüyüm, bəyə ərə verəcəyəm. Seçiminə müdaxilə edəcəyəm, mən səhv həyat yoldaşı seçib yanmışam, istəmirəm balam da yansın. Qızımın ürəyinə yatan yoxdur. Mən kimi seçsəm, onunla ailə quracaq".

Rəqqasə kürəkən namizədində istədiyi nüansları da sadalayıb: "Əvvəla işi-gücü, evi olmalıdır. Amma kürəkənim şou-biznes nümayəndəsinə qızımı vermərəm. Kürəkənim səfirlikdə işləyə bilər".