"ARB TV"də yayımlanan "Evgördü" verilişi müğənni Rahidə Baxışovanın evində qonaq olub.

Unikal.org  xəbər verir ki,ifaçı bildirib ki, evin qaranlıq olmasını xoşlayır:

"6 ildir burada yaşayıram. Evin çox işıqlı olmasını xoşlamıram, mənə pis təsir edir. Gün işığını sevirəm. Axşamlar mətbəxdə otururam, yerim oradır. Evimin kvadratı böyük olsa da, 3 otaqdır. Paltarlarım, ayaqqabılarım yerləşmir. Düşünürəm ki, yayda bağ evinə göndərim. Ev çoxdanın təmiridir. İmkan olmadığı üçün yeni təmir etdirməmişəm".

Müğənni qonşularla münasibətindən də söz açıb:

"Qonşularla aram çox yaxşıdır. Hamısı mədəni, yaxşı insanlardır. Yeni ev almaq istəyirəm, amma qonşularıma görə qalmışam".