Fransanın şimal-qərbindəki Flamanvil Atom Elektrik Stansiyasında partlayış baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Fransa mənbələri partlayış nəticəsində radioaktiv sızıntı təhlükəsinin olmadığını bildiriblər. Partlayışdan sonra yanğın başlayıb, lakin atom reaktorları olan sahəyə yayılmayıb. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və həkimlər göndərilib.