Ukraynanın Dnepropetrovsk şəhərində ağır yol qəzası baş verib.

Unikal.org "112 Ukraynasaytına istinadən xəbər verir ki, idarəetməni itirən "Mazda " markalı avtomobil hasara çırpılıb.

Hadisə nəticəsində sürücü, Dnepropetrovsk Vilayət Sovetinin Radikal Partiyasından olan deputatı Sergey Lyaşşenko ölüb, onun sərnişini ağır yaralanaraq xəstəxanaya çatdırılıb.

Qəza ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.