Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Bakı-Supsa magistral neft boru kəmərindən oğurluq edən iki nəfəri saxlayıb.
Unikal.org anspress-ə istinadən verdiyi məlumata görə, saxlanılan iki nəfər Georgiy Laşxiridze və Yaqo Kaxabrişvili sistematik olaraq magistral neft boru kəmərindən külli-miqdarda xam neft oğurluğu ediblər.
Onlar Kareli rayonunun Ruisi kəndində xüsusi texniki qurğu vasitəsilə yerin altından bir kilometr uzunluğunda boru kəməri çəkərək həmin xətti Bakı-Supsa neft boru kəmərinə birləşdiriblər.
Magistral boru kəmərinə xüsusi açar qaynaq edərək onlar xam nefti öz rezervuarlarına yönləndiriblər.
Gürcüstanın Cinayət məcəlləsinin 177-ci maddəsinin 4-cü hissəsinin "q" yarımbəndinə uyğun olaraq bu cinayətə görə on ilə qədər azadlıqdan məhrum edilmə nəzərdə tutulur.
Faktla bağlı istintaq davam edir.