Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada korrupsiyaya qalib gəlməyin sadə yolunu göstərib. 

Unikal.org-un Musavat.com-a istinadən məlumatına görə, "Novaya qazeta"ya müsahibəsində o bildirib ki, bunun üçün ölkədə bir neçə məşhur siyasətçini, o cümlədən daxili işlər naziri Arsen Avakovu (erməni əsillidir – red.) həbs eləmək lazımdır. 

"Ukraynada təxminən 20 adamı içəri salmaq lazımdır – ancaq yalnız tanınmışları. Bununla da hər şey bitəcək. Kivalovu, məsələn (Sergey Kivalov – Ali Radanın Odessadan olan deputatı). Kolomoyskini, məsələn. Aydın məsələdir ki, Avakovu. Mənə atdığı stəkana görə yox, internetdə yayılan videoya görə – harada ki, onun kabinetində hər şeyin necə "yerbəyer olduğu", "həllini tapdığı" göstərilir. Həm də qanunsuz kazinoya görə – harada ki, onun oğlu sıravi ukraynalının ömrü boyu qazana bilmədiyi məbləği uduzur" – deyib Saakaşvili.

Qubernator həmçinin, Ukrayna korrupsiyasının simvolu saydığı zəngin biznesmen Rinat Axmetovun da həbsinin istəyib.