"İntiqam Əliyev nümunəsi göstərdi ki, Azərbaycanda qanun qarşısında hər kəs eyni hüquqa malikdir".

Bu fikirləri Unikal.org-a Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin azadlığıa buraxılmasını şərh edərkən deyib. 
O qeyd edib ki, burada İntiqam Əliyevin  məsuliyyhtədn azad  edilmsəsindən deyil, cəza növünün dəyişdirilməsindən söhbət gedir:
"Vətəndaş İntiqam Əliyevin cəzası 5 illik şərti cəza ilə əvəz edilib. Təkcə İntiqam Əliyevə qarşı yox digər vətəndaşlara da belə cəza növündən istifadə edilir. Qaldı ki, onun qanunsuz həbs olunması ilə bağlı səsləndirilən fikirlərə, İntiqam Əliyev konkret məhkəmədə faktlarla sübut edilərək konkret cinəyət məsuliyyətə cəlb edilib. Bununla bağlı açıq məhkəmə keçirilib və ictimaiyyətə məlumat verilib. Başqa məsələdir ki, kimlərə o faktları qəbul etmək itəmir. İntiqam Əliyev nümunəsi göstərir ki, Azərbaycanda qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Fəaliyyət növündən asılı olmayaraq gəlir əldə edən hər kəs vergi ödəməlidir, qanuna uyğun şəkildə müvafiq orqanları məlumatlandırmalıdır. Ümid edirəm ki, cənab Əliyev gələcəkdə öz fəaliyətində bütün  bunları nəzərə alacaq".

Həsən