Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayonu Göytəpə şəhər sakini, 1981-ci il təvəllüdlü Mirqoşqar Mürsəlov Mirşamil oğlu idarə etdiyi "VAZ 21011 markalı avtomobillə Masallı rayonu Seybətin kənd sakini, 1980-cı il təvəllüdlü Rəhim İsmayılov Əlifağa oğlunun idarə etdiyi "Mercedes markalı minik avtomaşını toqquşub.

Nəticədə "VAZ"-ın sürücüsü M.Mürsəlov hadisə yerində dünyasını dəyişib. R.İsmayılov ağır vəziyyətdə masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.Onun vəziyyətinin orta ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.