Unikal.org-un Axşam.az-a istinadən məlumatına görə, müğənni "Hər şey daxil" verilişində aparıcı Sevincin "Deyirlər ki, Ədalət Şükürov o qədər öncədən düşünən insandır ki, məzar daşını belə hazırlayıb" sözlərinə belə cavab verib:

"Çox şey danışırlar. Özün üçün nəsə hazırlamaq günahdır. İlk dəfədir bunu eşidirəm. Müqəddəs kitabda yazılıb ki, hər üç aydan bir vəsiyyətnamə etməlisən. Bəlkə məni başqası ilə səhv salıblar. Mən dizayn işi ilə məşğulam. 20 ildir bu işi edirəm. Hətta mənə müraciət edənlər də var. Bir dəfə məzər daşına görə müraciət edilib, mən də məsləhət vermişəm".