Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun qərb tərəfindən girişində qeydə alınıb.

"Opel markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən, kimliyi hələ ki, məlum olmayan, təxminən 48-55 yaşlarında olan kişini vurub.

Sürücü piyadanıTovuz rayon Mərkəzi Xəstəxanaya çatdırsa da,onun yolda keçindiyi məlum olub. Hazırda piyadanın kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Astarada  da ölümlə nəticələnən yol qəzası baş verib. Astaranın Giləkəran kənd sakini, 1982-ci il təvəllüdlü Sultanov İlkin Məhərrəm oğlu yolu keçmək istəyərkən avtomobil  onu vurub. Yaralı sürücü tərəfindən Astara rayon mərkəzi xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.