Bakının Nərimanov rayonunda avtomobil naməlum piyadanı vurub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

"99-FC-340" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yolu keçmək istəyən təqribən 40-45 yaşlı kişini vurub. Zərərçəkmiş hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun şəxsiyyətini hələlik müəyyənləşdimək mümkün olmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.