Quba rayonunda dərəyə aşan mikroavtobusda yaralananların adları məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır:

"Avtoqəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan dörd nəfər xəstəxanaya gətirilib. Onlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Digər üç yaralı - Quba rayon sakinləri, 1990-cı il təvəllüdlü Ürfan Ürfulla oğlu Həmidovun, 1989-cu il təvəllüdlü Eldar Sarıb oğlu Qədimovun və 1972-ci il təvəllüdlü Hürriyyət Rəhman qızı Teyyubovanın vəziyyətləri ağır olduğu üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib".

***12:36
Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində hərəkətdə olan, Ramin Məmmədovun idarə etdiyi "Mercedes markalı avtobus yoldan çıxararaq aşıb. 

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.