İmişlidə 23 yaşlı qadın özünü asaraq intihar edib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, İmişli rayonunun Ağammədli kənd sakini, 1994-cü il təvəllüdlü Əhədli Türkan Fikrət qızı həyətlərində yerləşən yardımçı tikilidə özünü asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı İmişli rayon prokurorluğunda araşdırma aparılır.