Futbolçu Mois Brou Apanqa vəfat edib.

Unikal.org-un məlumatına görə, Qabon millisinin oyunçusu məşqdə həlak olub

Hazırlıq prosesində ürəyi dayanan və huşunu itirərək yerə yıxılan futbolçunu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, karyerası ərzində İtaliyada "Peruca və "Breşia, Fransada isə "Brestdə forma geyinmiş 35 yaşlı futbolçu 2012-ci ildən bəri ölkəsində "Manqasportda çıxış edirdi.