Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Ocaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Qarazəncir kənd sakini, 11 yaşlı Elvin Qəhrəman oğlu Müseyibovu yoldan ötən avtomobil vurub. Azyaşlı uşaq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona ilk tibbi yardım göstərilib.

Beyninə qan sızdığından E.Müseyibov tomoqrafiya olunması üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata görə, hazırda uşaq koma vəziyyətindədir.

Faktla bağlı araşdırma aparılır.