Qusar sakini dəm qazından boğulub.

Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 1-də Qusar rayonunun Şirvanovka kəndində kənd sakini Anela Seyidova evlərinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.