Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, paytaxtın Nəsimi rayonu ərazisində Sultan Gözəlovun idarə etdiyi motosiklet (skuter) yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Məlumata görə, hadisə paytaxtın Bakıxanov küçəsində, Rusiya səfirliyinin yaxınlığında baş verib.

Hadisənin təfərrüatları və ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Əlavə məlumat veriləcək.