Paytaxtın Xətai rayonunda ümumi sahəsi 81 kvadratmetr olan evdə yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, kürsülü birmərtəbəli 2 otaqlı evin çardağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.