Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs əldə edilməsi barədə razılıq Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin aprelin 5-də Moskvada keçirilən görüşü zamanı əldə edilib.
Unikal.org "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bunu Ermənistan müdafiə naziri Seyran Ohanyan hökumətin bu gün keçirilən iclası zamanı bildirib.
"Aprelin 5-də Moskvada iki ölkənin Baş Qərargah rəislərinin görüşü oldu və atəşin dayandırılması ilə bağlı razılığa gəlindi", - deyə o, söyləyib.(apa)