İsveçin böyüklüyünə görə üçüncü şəhəri olan Malmödə partlayış baş verib.

Unikal.org "Report"a istinadən bildirir ki, yerli mətbuat orda avtomobilin partladığını məlumat verirlər.
İlkin məlumatlara görə, polis və xilasedicilər hadisə yerinə cəlb olunublar. Onlar partlayışın baş verdiyi ərazini mühasirəyə alıblar.

Hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Avtomobilin dayanacaqda olduğu məlumdur. Ona partlayıcı qurğu qoyulub.