Goranboy sakini özünü Gəncədə bıçaqlayıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, Goranboy rayonu, Faxralı kənd sakini, 1990-cı il təvəllüdlü Abdullayev Royal Lilqədər qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, sərxoş vəziyyətdə olan R.Abdullayev özü-özünü bıçaqlayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.