Türkiyənin keçmiş futbolçusu, hazırda futbol şərhçisi kimi fəaliyyət göstərən Tanju Çolak həbs olunub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda tutulan T. Çolak Ankaraya aparılıb.

Onun mafiyayla əlbir olduğu üzə çıxarılıb və barəsində saxlanma qərarı verilib.

T. Çolak "Qalatasaray" və "Fenerbahçe" komandalarının və Türkiyə millisinin hücumçusu olub.