Bu gün AzTV sədri A.Alışanovun iddiası üzrə Yasamal Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyi baxış iclası keçirilib.

Unikal.org xəbər verir ki, Qulu Məhərrəmlinin vəkili Nicat Gözəlovun Modern.az saytına verdiyi məlumata görə, AzTV sədri A.Alışanov Yasamal rayon məhkəməsində keçirilən baxış iclasına gəlməyib.

"Arif Alışanov vəkil və nümayəndəsi ilə təmsil edildiyinə görə iş icraata götürülüb. Növəbti məhkəmə prosesləri adi qaydada keçiriləcək".

Vəkil qeyd edib ki, aprel ayının 15-i saat 14:30-da məhkəmə baxışı başlayacaq.

A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb.

AzTV sədri Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında şikayəti  Nəsimi rayon Məhkəməsinin qərarı ilə aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilib. Jurnalistin tənqidi fikirlərini böhtan kimi qiymətləndirən şikayətçi məhkəmədən professor Q.Məhərrəmlinin Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsulliyətə cəlb olunmasını istəyib.