Çexiyanın dünyaca məşhur ".zam velo-baykerlər qrupu bu günlərdə Azərbaycanda olub. 

Unikal.org xəbər verir ki, dünya KİV-nin və sosial şəbəkələrin fatehləri bu dəfə fanatlarını Bakı, eyni zamanda, Xızı, Quba, Qusar dağlarındakı macəraları ilə sevindirdi.

Ekstremallar tezliklə Gürcüstan və Azərbaycanda çəkdikləri videoları təqdim edəcək. Hər iki ölkə gələcəkdə də müştərək layihələr icra etməyi planlaşdırır.

Velo-baykerlər qrupuna təşkilati dəstəyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Milli Turizm Təbliğat Bürosu göstərib.