Cəbhə xəttində gedən döyüşlərdə şəhid olan Qurbanlı Fəxrəddin Seyfəddin oğlu Azərbaycan Universitetinin məzunu olub.
Unikal.org xəbər verir ki, bu barədə azvision.az-a universitetdən deyilib.
Qeyd edilib ki, 23 yaşlı Fəxrəddin Qurbanlı hərbi xidmətini yerinə yetirərkən Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə şəhid olub. 
O, 1994-cü ildə Bakı şəhərində anadan olub. 2015-ci ildə Azərbaycan Universitetinin Sosial iş fakültəsini bitirib.
Şəhid əsgərin məzuniyyətdən qayıdarkən sosial şəbəkədə yazdığı son status diqqət çəkib:
"Və budur, kiçik, amma gözəl olan məzuniyyət bu gün bitdi. Səhər yenə əsgər həyatına davam, amma bu da müvəqqətidir, 5 ay. Məzuniyyətdə olduğum vaxt hiss elədim ki, 23 illik həyatım boş yerə getməyib, sağ olsun dostlar, tanışlar. Xüsusilə deməyə ehtiyac yoxdur, çünki mənim bütün dostlarım xüsusidir. Bəzi insanları görə bilmədim, Özünüzə yaxşı baxın, gedib də gəlməmək, gəlib də görməmək var. Getdik, istiqamət Tərtər, Doğma Qarabağ!"