Argentinanın federal prokuroru Qilermo Marixuan ölkənin keçmiş prezidenti Kristina Fernandes de Kurşnerə pulların yuyulması işi üzrə ittiham elan edib.
 
Unikal.org Modern.az-a istinadən bildirir ki, cinayət işinin açılması ilə bağlı qərar bu işdə adı keçənlərdən biri Leonardi Farinyanın dindirilmə zamanı etirafedici ifadəsindən sonra verilib. 
O, fırıldaqçılıqda eks-prezident Fernandesin və onun ərinin, eləcə də keçmiş planlaşdırma naziri Xulio de Vidonun da bağlı olduğunu bəyan edib. 
Bu həftənin ikinci günü bu iş üzrə Argentinanın keçmiş prezidentinin ailəsi ilə ciddi bağlılığı olan biznesmen Lasaro Baes də saxlanılıb.