Şəkidə 21 yaşlı oğlan bıçaqlanıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) məlumat verilib.

Bildirilib ki, rayonun Çayqaraqoyunlu kənd sakini, 1996-cı il təvəllüdlü Müsalim Mahir oğlu Məmmədov sol döş qəfəsinin və sol budun kəsilmiş xəsarətləri ilə xəstəxananın cərrahiyə şöbəsinə daxil olub. Ona lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən bildirilib ki, Müsalim Məmmədovla həmkəndlisi, 1997-ci il təvəllüdlü Tərlan İsmayıl oğlu Eyubov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Nəticədə Tərlan Eyubov bıçaqla Müsalim Məmmədova xəsarət yetirərək hadisə yerindən qaçıb. Keçirilmiş tədbir nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Tərlan Eyubov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.