Bakıda avtomobil qaçıraan şəxs tutulub.

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 3-də Nərimanov rayonunun N.Yusifbəyli küçəsindəki avtoyuma məntəqəsində, orada işləyən Valeh adlı şəxs Bakı şəhər sakini Seymur Nəcəfova məxsus "VAZ-2106" markalı avtomobili qaçırıb və F.X.Xoyski küçəsində idarə edərkən paytaxt sakini Vahid Əhmədovu vurub avtomobildə hadisə yerini tərk edib. V.Əhmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Valeh Rəhmanov tutulub.