Ağstafa rayonunda qətl hadisəsi baş verib. 

Unikal.org apa-ya istinadn xəbər verir ki, hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Arzu Namazov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci il təvəllüdlü Xəyalə Şahbazovanı bıçaqlayaraq qətlə yetirib. A. Namazov polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, ailənin iki övladı var.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.