Tovuz sakini həyat yoldaşı tərəfindən döyülüb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayonun Əyyublu kənd sakini, 1992-ci il təvəllüdlü Əhmədova Zülfiyyə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülüb.