Mən təsadüfən televiziya jurnalistikasına gəlmişəm. Mənə Vahid Mustafayev deyəndə ki, reportaj etmək lazımdır. Mən isə mikrafonu götürmüşdüm başlamışdım danışmağa..indi ermənilər hucuma keçirlər. mənim ağlıma ancaq futbul reportajları gəlirdi təbii. indi azərbaycanlılar müdafiə olundular. bütün bunlarda Vahidin çəkiliş apara-apara qulağına gedən sözlər idi. Axırda vahid çəkilişi saxladı və sürünə sürünə yaxınlaşıb mənə dedi ki. qardaş ya bu sözləri Bakıda deyərsən, yada ki, deyirsən belə demə mənə mane olursan. 

Novosibirskdə keçirilən beynəlxalq "Transsibir art festivalı"nda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun oğlu Murtuza Bülbüloğlu dirijorluq edib. Unikal.org anspress-ə istinadən məlumatına görə, səfirin özünün də konsertdə çıxış etməsi gözlənilir.Bu barədə festivalın bədii rəhbəri Vadim Repin jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə əsasən, səfir ifa edən zaman orkestrə onun oğlu Murtuza dirijorluq edəcək.Murtuza Bülbüloğlu ənənəvi "Uşaqlar-uşaqlara" ("Дети - детям") proqramında iştirak edir. "Onun 14 yaşı var və yaxşı dirijorluq edir. Biz onu da bu konsertə dəvət etdik ki, o, bir əsərə dirijorluq etsin. Bu haqda onun atası eşidib və oğlunu dəstəkləmək üçün festivala gəlməyə qərar verib. Polad Bülbüloğlu hədiyyə olaraq, festivalda bir mahnı da ifa etməyə söz verib", - deyə bədii rəhbər proqramdan öncə qeyd edib.
Üçüncü "Transsibir art festivalı" 2016-cı ilin aprelin 9-dan 24-dək Novosibirsk şəhərində keçirilir. Festival çərçivəsində Böyük Britaniya, İsrail, Cənubi Koreyaya, Yaponiyada da konsertlər keçirilməlidir. Tədbirlərdə 26 solistin və 11 dirijorun iştirak edəcəyi gözlənilir.

İkinci"Transsibir art festivalı" 2015-ci ilin yaz ayında baş tutub. 15 gün ərzində dünya səhnəsinin ulduzlarının iştirakı ilə 15 konsert keçirilib. 15 mindən çox tamaşaçının iştirak etdiyi festivalda 200-dən çox artist çıxış edib.

Polad Bülbüloğlu - Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri (1989-2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri (2006-cı ildən bu günədək), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973), Azərbaycan SSR xalq artisti (1982), TÜRKSOY-un sədri (1994), Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimidir.