"Qarabağ klubu azarkeşlərinə səslənərək Çempionlar Liqasının qrup mərhələsində qarşılaşacağı rəqiblərin sosial şəbəkələrdəki hesablarında təhqirlərə yol verməməyi xahiş edib.

Unikal.org xəbər verir ki, müraciətdə aşağıdakılar qeyd edilib:

"Xahiş edirik ki, rəqiblərimizin sosial şəbəkə hesablarında etik normalardan kənara çıxmayaq, öz əxlaq və mədəniyyətimizlə örnək olaq.

Daha öncə rəqiblər öz sosial şəbəkə hesablarından Azərbaycana girişi qadağan etmişdilər, indi isə qitənin ən güclü klublarının xatirələrində neqativ qalmayaq.

Anlayışınız üçün təşəkkür edirik.

Xatırladaq ki, daha öncə "Şerif klubu açıqlama yayaraq "Qarabağ azarkeşlərinin onların səhifələrində təhqirlərə yol verməməsini xahiş etmişdi. "Kopenhagen isə öz səhifəsinə Azərbaycandan girişi bağlamışdı.